YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti bolqarıstanlı həmkarını milli bayram münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevə ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu göndərib.

Dövlətimizin başçısı məktubda Azərbaycan-Bolqarıstan ikitərəfli münasibətlərinin bugünkü səviyyəsinin məmnunluq doğurduğunu qeyd edib. Prezident strateji tərəfdaşlıq əlaqələrimizin birgə səylərimizlə xalqlarımızın rifahı naminə daha da güclənəcəyinə inandığını bildirib.

Prezident İlham Əliyev Prezident Rumen Radevə möhkəm cansağlığı, işlərində müvəffəqiyyətlər, Bolqarıstan xalqına daim sülh və rifah arzulayıb.

 

DİGƏR Xəbərlər Arxiv