YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

İndoneziya parlamentinin üzvləri Xocalı soyqırımı ilə bağlı bəyanat yayıblar

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar İndoneziya parlamentinin Nümayəndələr Palatasının 40 üzvü, o cümlədən bir neçə fraksiya rəhbəri bu faciəni qınayan bəyanat yayıblar.

Fevralın 26-da imzalanan bəyanatda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərinin mülki əhalisinin erməni silahlı qüvvələrinin hücumuna məruz qaldığı, soyqırımı nəticəsində 106 qadının, 63 uşağın, 70 yaşlı olmaqla, ümumilikdə, 613 nəfərin qətlə yetirildiyi, yüzlərlə insanın ağır yaralandığı və 1275 nəfərin əsir götürüldüyü bildirilib.

Habelə 28 il bundan əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımının günahsız qurbanlarının dərin kədər hissi ilə xatırlandığı və onların ailələrinə başsağlığı verildiyi, Xocalı faciəsi zamanı həyatlarını itirmiş insanların ailə üzvlərinin kədərlərini bölüşdükləri qeyd olunub.

Gələcəkdə dünyanın heç bir yerində insanlığa qarşı yönələn bu cür cinayətlərin bir daha baş verməməsi naminə Azərbaycan xalqı ilə həmrəylik ifadə edilib, Xocalıda həyatlarını itirmiş insanların xatirəsinin yad olunmasının, həmin dəhşətli cinayətin xatırlanmasının vacibliyi vurğulanıb.

O cümlədən dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, dövlətlər və hökumətlər, beynəlxalq insan hüquqları müdafiəçiləri, dini icmalar və digər aidiyyəti institutlar erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində mülki azərbaycanlı əhaliyə qarşı insan hüquqlarının pozulması, zülm vermək, vəhşilik törətmək kimi cinayət əməllərinin həyata keçirildiyi Xocalı soyqırımını sərt şəkildə qınamağa, həmçinin Ermənistan-Azərbaycan Dağlı Qarabağ münaqişəsinə ədalətli hüquqi qiymət verməyə çağırılıb.

İndoneziya parlamenti Nümayəndələr Palatasının üzvləri Xocalı soyqırımı qurbanlarının hamı tərəfindən hər il yad edilməsi və onların xatirəsinin əbədiləşdirilməsi təşəbbüsünü də irəli sürüblər.

 

DİGƏR Xəbərlər Arxiv