YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail İbrahimli: Xocalı faciəsi bütün insanlığa qarşı qətliamdır

“Xocalı faciəsi bütün  insanlığa qarşı qətliamdır. Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan "Xocalıya ədalət" kampaniyası böyük əhəmiyyət kəsb edir". Bu fikri tarix elmləri doktoru, professor Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, soyqırımının tanıdılması istiqamətində dövlətimiz tərəfindən mühüm tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, hər il Xocalı faciəsinin ildönümü ərəfəsində həm ölkəmizdə, həm də dünya ölkələrində müxtəlif tədbirlər, aksiyalar keçirilir.

“Faciənin daim yaddaşlarımızda qalması üçün paytaxtımızda "Ana harayı" abidəsi ucaldılıb. Amma təkcə dövlət səviyyəsində deyil, hər bir vətəndaşımız bu işə qoşulmalıdır. Faciə ərəfəsində bütün təhsil müəssisələrində Xocalı ilə bağlı dərslər keçirilir, maarifləndirmə ilə bağlı işlər görülür. Biz ümumilikdə təbliğatı gücləndirməli, özünü dünyada yazıq xalq kimi təqdim edən ermənilərin iç üzü açmalıyıq. Biz dünyaya ermənilərin özlərinin soyqırımı törətdiklərini çatdırmalı, həqiqətlərimizin tanıdılmasına çalışmalıyıq” - deyə, F.İbrahimli qeyd edib.