YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Xocalı soyqırımı yalnız azərbaycanlılara deyil, bütün insanlığa qarşı törədilmiş cinayətdir

“Xocalı soyqırımı yalnız azərbaycanlılara deyil, bütün insanlığa qarşı törədilmiş cinayətdir. Bu səbəbdən Xocalıya ədalət üçün bütün dünya Azərbaycanı tam dəstəkləməlidir”. Bu fikirləri akademik Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, Ermənistan hələ də öz işğalçılıq siyasətini davam etdirir və beynəlxalq təşkilatların işğal olunmuş Azərbaycan torpaqlarından çıxması ilə bağlı verdiyi qərarlara məhəl qoymur. Erməni silahlı qüvvələri hələ də Azərbaycan torpaqlarını işğaldan azad etmək istəmir. “Xocalı kimi dəhşətli bir soyqırımı aktını törətdiklərinə baxmayaraq, ermənilər özlərini dünyaya məzlum xalq kimi təqdim edirlər. Lakin dünyanın gözü qarşısında baş vermiş bu soyqırımı aktını törədən məhz həmin ermənilərdir. Bu qanlı hadisəni törədənlərin cəzasız qalması bütün bəşəriyyətə qarşı cinayətdir.

“Son iki əsr ərzində ermənilər zaman-zaman türklərə, eyni zamanda azərbaycanlılara qarşı amansız terror və soyqırımı aktları həyata keçirib, yaşayış bölgələrində etnik təmizləmə siyasəti aparıblar. Ermənilərin apardıqları bu etnik təmizləmə və soyqırımı siyasətinin ağır nəticələrini ötən son iki əsr ərzində milyonlarla müsəlman öz üzərlərində hiss ediblər”-deyə, akademik vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv