YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Karlos Uriarte: Xocalı soyqırımı kimi cinayətlərin bir daha təkrarlanmasına imkan vermək olmaz

Xocalı faciəsinin dəhşətləri haqqında eşitmişdim. Amma bu gün keçirilən tədbirdə bu haqda daha geniş məlumat aldım.

Bunu Madriddə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində keçirilən tədbirin iştirakçısı, Kral Xuan Karlos universitetinin professoru, Pan-Avropa İttifaqının baş katibi Karlos Uriarte deyib.

K.Uriarte qeyd edib ki, bu soyqırımı kimi cinayətlərin bir daha təkrarlanmasına imkan vermək olmaz. Bunun isə yeganə yolu ədalətin bərpa edilməsidir. Qatillərin adları açıq şəkildə bəyan edilməli və onlar məhkəmə qarşısına çıxarılmalıdırlar. Yalnız bu şəkildə biz bəşəriyyətin gələcəyini bu kimi, qanlı cinayətlərdən qoruya bilərik.