YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: Yeni Azərbaycan Partiyasının gəncləri könüllülər hərəkatında fəal iştirak edirlər

“Azərbaycanın sürətli inkişafı, ictimai həyatın bütün sahələrində əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətində də özünü bariz şəkildə göstərir”. Bu fikri YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

S.Orucov bildirib ki, Prezident İlham Əliyevin uğurlu siyasətinin ən mühüm istiqamətlərindən biri cəmiyyətin fəal təbəqəsi olan gənclərin yüksək dövlət qayğısı ilə əhatə olunmasıdır. Onun sözlərinə görə, bu gün ölkəmizi beynəlxalq miqyasda uğurla təmsil edən, eyni zamanda, respublikamızın ictimai-siyasi, iqtisadi həyatında fəal rol oynayan Azərbaycan gəncləri vətənpərvər, yüksək intellektli, milli mənəvi dəyərlərinə, tarixi köklərinə, dövlətə və Vətənə sadiq olmaqla yanaşı, ictimai-siyasi məsələlərlə bağlı əsl vətəndaşlıq mövqeyindən çıxış edərək yüksək fəallıq və təşəbbüskarlıq göstərirlər. S.Orucov qeyd edib ki, ölkəmizdə gənclər siyasətinin səmərəliliyini təmin edən mühüm amillərdən biri könüllülük fəaliyyətinə xüsusi diqqət göstərilməsidir: “Könüllülük insanları vahid məqsəd  ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatlardan biridir. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətində könüllülər hərəkatına böyük önəm verilir. Dövlət başçısı tərəfindən 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan olunması bunun bariz ifadəsidir”.

YAP Gənclər Birliyinin sədri partiyanın gənclərinin də könüllülər hərəkatında fəal iştirak etdiyini və çoxsaylı layihələrdə fəal iştirak etdiyini diqqətə çatdırıb. S.Orucov bu prosesdə partiyanın rəhbərliyinin gənc könüllülərə lazımi dəstək verdiyini söyləyib.