YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elnur Sultanov: Hazırda Azərbaycanda bərpaolunan enerjinin qoyuluş gücünün enerji sistemindəki payı 17 faizdir

“Ötən il Azərbaycanda bərpaolunan enerji mənbələrinin 7 faizindən istifadə olunub”. Bu barədə Energetika nazirinin müavini Elnur Sultanov bildirib.

E.Sultanov qeyd edib ki, elektrik enerjisinin 93 faizi isə təbii qaz hesabına istehsal edilib. Onun sözlərinə görə, hazırda Azərbaycanda bərpaolunan enerjinin qoyuluş gücünün enerji sistemindəki payı 17 faizdir.

“Respublikada elektrik enerjisinin əldə edilməsində daş kömürdən və dizeldən demək olar ki, istifadə olunmur. 2030-cu ilə qədər ölkənin ümumi elektroenergetika sisteminin qoyuluş gücündə iri su elektrik stansiyaları da daxil olmaqla bərpaolunan enerji mənbələrinin payının hazırkı 17 faizdən 30 faizə çatdırılması planlaşdırılır. Bu istiqamətdə ilk uğurlu addım “ACWA Power” və “Masdar” şirkətləri ilə 440 meqavat gücündə külək və günəş enerjisi üzrə layihələrin reallaşdırılmasıdır. Bu layihələr ölkədəki mövcud tarifləri əks etdirməklə yanaşı, heç bir dövlət subsidiyasını nəzərdə tutmur”, - deyə nazir müavini vurğulayıb.