YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Asim Mollazadə: Ermənistanın işğalçı siyasəti bölgə üçün ən böyük təhlükədir

“Azərbaycan Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən müzakirələrdə çıxışı ilə bütün həqiqətləri dünyaya çatdırdı. Onun qarşısında aciz qalan Ermənistanın baş naziri Nikol Paşinyan işğal faktını etiraf etdi”. Bu fikirləri Demokratik İslahatlar Partiyasının sədri  Asim Mollazadə deyib.

A.Mollazadə bildirib ki, Münxendəki müzakirələrlə bütün dünya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri bir daha görməklə yanaşı, erməni mifi dağıdıldı: “Azərbaycan dövlət başçısı bizim haqlı olduğumuzu sübut etməmklə yanaşı, gələcəkdə münaqişənin hüquqi həll planını da dünya ictimaiyyətinin diqqətinə çatdırdı”. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət bundan sonra hüququn aliliyinin bərqərar olunması üçün çalışmalı, beynəlxaq təşkilatlar öz təməl sənədlərinə istinadən münaqişənin həllində Azərbaycana kömək etməlidirlər.

“Əks halda, Ermənistanın işğalçı siyasəti bölgə üçün ən böyük təhlükədir. İstisna deyil ki, Ermənistan bundan sonra da öz oyunlarını, təxribatlarını davam etdirə bilər. Bölgənin əhəmiyyəti gündən-günə artır. Regionun aparıcı ölkəsi Azərbaycan olduğuna görə, biz beynəlxalq təşkilatlardan, dünyanın nüfuzlu ölkələrinə sabitlik, əməkdaşlıq üçün hüququn aliliyinin bərqərarar olunmasını, BMT-nin qətnamələrinin icrasını tələb edirik”-deyə, o qeyd edib.

DİGƏR Xəbərlər Arxiv