YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Kamran İmanov: Əqli mülkiyyət sisteminin qarşısında duran vəzifələr ölkənin innovasiya siyasəti ilə müəyyən edilir

“Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətqabiliyyətlilik İndeksi–2019” hesabatında Azərbaycan 11 pillə irəliləyərək, 141 ölkə arasında 58-ci yeri tutur. Ölkəmiz 12 indikatordan 8-i üzrə irəliləyib. Bu cür kardinal dəyişikliklər əqli mülkiyyətin qorunmasında da öz əksini tapır. Azərbaycan həmin hesabatın “Əqli mülkiyyətin qorunması” göstəricisinə görə 141 ölkə arasında 30-cu yerdə qərarlaşır”. Bu fikirləri Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov deyib.

K.İmanov bildirib ki, bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan islahatların davamlılığına verilən beynəlxalq dəyərdir, bir tərəfdən dövlətimizin başçısının düzgün iqtisadi strategiyasının, digər tərəfdən institusional islahatların həyata keçirilməsinin nəticəsidir.

“Əqli mülkiyyət sahəsi həyata keçirilən islahatların innovasiyalı əsasları ilə dəqiq rezonans yaradır ki, bu da əhəmiyyətli institusional və funksional dəyişikliklərlə müşahidə olunur. Məhz buna görə əqli mülkiyyət sisteminin qarşısında duran vəzifələr ölkənin innovasiya siyasəti ilə müəyyən edilir və ölkədə həyata keçirilən iqtisadi islahatlara xidmət edir”-deyə, K.İmanov vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv