YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan UNESCO-nun Hökumətlərarası Komitəsinin 14-cü sessiyasının Bürosunun sədr müavini seçilib

Parisdə UNESCO-nun baş qərargahında qurumun mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiyasının Hökumətlərarası Komitəsinin 14-cü sessiyasının Bürosuna üzvlər seçilib.

Azərbaycan Hökumətlərarası Komitənin Bürosunun sədr müavini vəzifəsinə seçilib.

Beləliklə, ölkəmiz UNESCO-nun baş qərargahında qurumun mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005-ci il Konvensiyasının Hökumətlərarası Komitəsinin 14-cü sessiyasının Bürosunun sədr müavini vəzifəsini bir il müddətində icra edəcəkdir.