YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Sədrinin müavini Əli Əhmədov Türk Şurasının nümayəndə heyəti ilə görüşüb (VİDEO)

Fevralın 7-də Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini – İcra katibi Əli Əhmədov partiyanın İcra Katibliyində parlament seçkilərini müşahidə etmək üçün Azərbaycanda səfərdə olan Türkdilli Ölkələrin Əməkdaşlıq  Şurasının nümayəndə heyəti ilə görüşüb.

YAP Sədrinin müavini Yeni Azərbaycan Partiyasının apardığı seçki kampaniyası barədə məlumat verib və  bildirib ki, YAP-ın irəli sürdüyü 123 namizəddən 75 nəfəri hazırda Milli Məclisdə təmsil olunmayan şəxslərdir. Onların 26 nəfəri qadınlar, 5 nəfəri yaşı 30-dək, 17 nəfəri yaşı 35-dək, 32 nəfəri isə yaşı 40-dək olan şəxslərdir. YAP İcra katibi Əli Əhmədov Yeni Azərbaycan Partiyasının üzvlərinin seçiləcək yeni parlamentin tərkibində böyük üstünlük qazanacağına əminliyini ifadə edib.

Türkdilli Ölkələrin Əməkdaşlıq  Şurasının nümayəndə heyətinin  rəhbəri Ömər Kocaman  Azərbaycanın Türk Şurası çərçivəsində fəaliyyətini yüksək qiymətləndirib. O, 9 fevral parlament seçkilərinin son illərdə böyük inkişaf yolu keçən, regionda və dünyada nüfuzlu dövlət olan Azərbaycan üçün uğurlu olacağına inandığını bildirib.

Daha sonra YAP Sədrinin müavini Əli Əhmədov nümayəndə heyəti üzvlərinin suallarını cavablandırıb.