YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramil Həsənin Ucar rayonun mədəniyyət işçiləri ilə görüşü keçirilib

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının qərargahında 91 saylı Ucar seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Ramil Həsənin rayon mədəniyyət işçiləri ilə görüşü keçirilib.

Görüşü YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq Yeni Azərbaycan Partiyasının seçkilərə "Daha güclü Azərbaycan naminə!" şüarı ilə getdiyini bildirib.

Partiyanının namizədi Ramil Həsən çıxış edərək Azərbaycanın daha da inkişafı üçün atılacaq addımlar haqqında fikirlərini bölüşüb, YAP-ın seçki proqramı ilə bağlı fikirlərini bildirib.

Görüş iştirakçılarından Alı Babayev, Bəsirə Abbasova, Mətanət Qəribova, Könül Kərimova çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədini dəstəklədiklərini qeyd etməklə gələcəkdə həllini gözləyən təkliflərini də bildiriblər.