YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Osmanov növbəti görüşlərini rayonun Yenicə, Orta Ləki və Abad kəndlərindən olan seçicilərlə keçirdi

Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşlərini rayonun Yenicə, Orta Ləki və Abad kəndlərindən olan seçicilərlə keçirdi. Seçicilər Cavid Osmanovu hədsiz coşqu və sürəkli alqışlarla qarşıladılar. Görüşlərdə çıxış edən Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov ilk növədə görüş iştirakçılarına və bütün seçicilərinə öz minnətdarlığını bildirdi. Eyni zamanda Yeni Azərbaycan Partiyası tərəfindən yenidən göstərilən bu böyük etimadın tək ona deyil, bütün ağdaşlılara göstərildiyini qeyd etdi. Cavid Osmanov seçicilərini əmin etdi ki, ağdaşlıların dəstəyi ilə yenidən Milli Məclisə deputat seçilərsə bu etimadı doğruldacaq, Ağdaş rayonunu bundan sonra da ölkə parlamentində layiqincə təmsil edəcəkdir. Cavid Osmanov son 16 il ərzində Azərbaycanda görülən işlərdən və əldə olunan uğurlardan danışaraq bildirdi ki, Azərbaycan bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin düşünülmüş və zamanın çağırışlarına uyğun məqsədyönlü siyasəti nəticəsində inkişaf yolunda inamla irəliləyir. Cavid Osmanov bütün bu işlərin ölkə başçısı cənab İlham Əliyevin və onunla çiyin-çiyinə birgə addımlayan Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın həyata keçirdikləri yorulmaz fəaliyyətin bəhrəsi olduğunu bildirdi. Ölkənin bütün bölgələrində olduğu kimi, Ağdaş rayonunda da geniş vüsət alan abadlıq-quruculuq işlərinə toxunan Cavid Osmanov Yeni Azərbaycan Partiyasının sədri, ölkə başçısı cənab İlham Əliyevin Ağdaş rayonuna olan xüsusi diqqət və qayğısından da danışdı.

Hər üç görüşdə təbliğat qrupunun üzvləri Sevgili İbrahimova, İsmayıl Xuduyev çıxış edərək 3 il ərzində Cavid Osmanovun Milli Məclisdəki fəaliyyəti haqqında ətraflı məlumat verdilər. Onlar seçiciləri seçki günü fəal olmağa, birlik nümayiş etdirərək yekdilliklə Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanova  səs verməyə çağırdılar.

Keçirilən görüşlərdə çıxış edən seçicilər Cavid Osmanovun namizədliyinin Yeni Azərbaycan Partiyası tərəfindən yenidən irəli sürülməsini sevinclə qarşıladıqlarını, bunu təkcə bu kəndlərdə yaşan əhali üçün deyil, eləcə də bütün ağdaşlılar üçün böyük şərəf olduğunu və seçki günü Cavid Osmanova səs verəcəklərini bəyan etdilər.

 

 

DİGƏR Xəbərlər Arxiv