YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyevanın seçicilərlə görüşləri davam edir

111 saylı Zaqatala-Balakən seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Kamilə Əliyevanın  Zaqatala rayonun  Fındıqlı, Maqov, Paşan  sakinləri ilə görüşləri  olub.

Görüşdə çıxış edən deputatlığa namizəd Kamilə Əliyeva  Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasəti nəticəsində ölkəmizin dinamik inkişaf yolunda inamla irəlilədiyini bildirərək, Azərbaycanın güclü və yüksək beynəlxalq nüfuza malik dövlətə çevrildiyini diqqətə çatdırdı. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən müasir dövrün tələbinə uyğun siyasi islahatlar, icra edilən iqtisadi proqram və sərəncamlar ölkəmizin nüfuzunun sərhədlərini genişləndirməklə bərabər, insan amilinin də inkişafına güclü təkan verib.

Namizəd Kamilə Əliyeva  çıxışı zamanı deputat olduğu dönəmdə göstərdiyi fəaliyyətindən, aparılan dövlət siyasətindən söz açmışdır.

Seçicilər millət vəkilliyinə namizəd Kamilə xanım Əliyevaya qarşıdan gələn seçkilərdə və gələcək fəaliyyətində uğurlar arzuladılar.