YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyevanın seçicilərlə növbəti görüşü keçirilib

30 saylı Suraxanı birinci  seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Sevinc Fətəliyevanın seçicilərlə fərdi evlərdə görüşü keçirilib.

Görüş əsnasında S.Fətəliyeva ailələrin məişət problemlərini dinləyib, problemlərin qısa zamanda həlli üçün aidiyyati qurumlara məlumat verəcəyini bildirib.

Seçicilər Sevinc Fətəliyevanın millət vəkili kimi fəaliyyətini müsbət dəyərləndirdiklərini,onu yenidən  millət vəkili olaraq görmək istədiklərini söyləyiblər. 

Gün ərzində silsilə görüşlərin yekunu olaraq İran İslam Respublikasının Təbriz şəhərində keçirilən Karate üzrə Master Caup Beynəlxalq Turnirində qalibiyyət əldə etmiş Hövsan Olimpiya İdman Kompleksinin idmançıları və onların valideyinlərinin iştirakı ilə görüş keçirilib.

Sevinc Fətəliyeva Azərbaycan bayrağını zirvələrdə dalğalandırmış idmançıları və onların məşqçilərini qalibiyyət münasibəti ilə təbrik edib, növbəti yarışlarda da uğurlar diləyib.

İdmanşılardan Ələkbər Zeynallı, Umud Nurməmmədli, Elton Əliyev, Həsən Əhmədov, Cansu Əhmədzadə, Aysun Bodurova , Şükufə Nurməmmədli , Uğur Vəlizadə, Ayxan Osmanov, Əli Hacıyev, Natiq Cəfərov, Vildan Hüseynova , Amil Xəlilov, Aysun Bodurova, Əli Hacıyevə hər zaman zirvələri fəth etmələrini arzulayıb. Görüşdə iştirak edən valideynlər də öz növbələrində Sevinc xanıma təşkil etdiyi görüş üçün minnətdarlıq bildirib, bu görüşün uşaqlarda böyük motivasiya yaradacığını söyləyiblər.  Onlar 9 ferval tarixində keçiriləcək parlament seçkilərində seçimlərinin Sevinc Fətəliyeva olacağını qeyd ediblər.