YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Fatma Yıldırım Bərdədə seçicilərlə görüşlərini uğurla davam etdirir

Yeni Azərbaycan Partiyasının 93 saylı Bərdə şəhər seçki dairəsindən deputatlığa namizədi Fatma Yıldırım parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Mehdixanlı kənd seçiciləri ilə, həmçinin  seçiciləri ilə evlərdə görüş keçirib.

Görüşü YAP Mərkəzi Seçki Qərargahının Bərdə rayon şöbəsinin sədri Fəqət Şadlinskaya açaraq bildirib ki, Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində, respublikamızın inkişafı sürətlənib və hər bir vətəndaş bunu öz sosial həyatında hiss edir. O, seçicilərə Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatındakı uğurları barədə məlumat verərək qeyd edib ki, bütün seçkilərdə olduğu kimi parlament seçkilərində də xalqımız Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcək və partiyamız növbəti möhtəşəm qələbəsini qazanacaq.

Deputatlığa namizəd Fatma Yıldırım Yeni Azərbaycan Partiyası tərəfindən 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə namizədliyinin irəli sürülməsinə görə partiyanın Sədri, Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib, seçicilərə Yeni Azərbaycan Partiyasının seçki proqramı və öz fəaliyyəti barəsində məlumat verib. O, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına dair dövlət proqramlarının, o cümlədən regionların sosial-iqtisadi inkişafı məqsədi ilə dövlət proqramının qəbul olunmasını seçicilərin diqqətinə çatdıraraq bildirib ki, bütün bunlar ölkədə işsizliyin azaldılmasına və əhalinin, xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə, əmək haqlarının və təqaüdlərin artırılmasına gətirib çıxarıb. Neft-qaz sənayesində gəlirlərin idarə olunması üzrə uzunmüddətli strategiya hazırlanması, iqtisadiyyatın qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi, bu sahəyə investisiyaların cəlb olunması, aqrar sektorda islahatların ikinci mərhələsinə başlanmasından danışan Fatma Yıldırım seçiciləri islahatların davamlı olmasına dəstək verməyə və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.

Görüşdə çıxış edən seçicilər parlament seçkilərinə “Daha güclü Azərbaycan naminə” şüarı ilə gedən Yeni Azərbaycan Partiyasının namizədi Fatma Vidadi qızı Yıldırıma səs verəcəklərini qeyd ediblər.