YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Əliabbas Salahzadənin seçicilərlə görüşləri davam edir

Yeni Azərbaycan Partiyasının 27 saylı Sabunçu İkinci Seçki Dairəsi üzrə deputatlığa namizədi Əliabbas Salahzadə  parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü Sabunçu qəsəbəsində keçirdi.

 

Görüşdə deputatlığa namizəd Əliabbas Salahzadə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasəti, aparılan dərin məzmunlu islahatlar haqqında ətraflı məlumat verərək bu uğurların davamlı olması üçün, daha güclü Azərbaycan naminə seçiciləri 9 fevral parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırdı.

Görüşdə çıxış edən seçicilər Prezident İlham Əliyevin inkişaf siyasətini dəstəklədiklərini, qarşıdan gələn seçkilərdə də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildirdilər.

Görüş zamanı sakinlərin problemləri, şikayət və təklifləri dinlənilib. Deputatlığa namizəd Əliabbas Salahzadə  qaldırılan məsələlərin təhlil olunaraq, həll edilməsi istiqamətində zəruri addımların atılacağını diqqətə çatdırıb.

 

 

DİGƏR Xəbərlər Arxiv