YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Rauf Əliyevin seçicilərlə görüşləri davam edir

Şağan Olimpiya İdman Kompleksində Yeni Azərbaycan Partiyası tərəfindən 13 saylı Xəzər - Pirallahı seçki dairəsindən namizədliyi irəli sürülən Rauf Əliyevin seçiciləri və idmançılar ilə görüşü keçirilib.

Tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Olimpiya və dünya çempionu Fərid Mansurov, Əməkdar məşqçi, Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov və SSRİ çempionu və spartakiada qalibi Firudin Qurbanov iştirak və çıxış ediblər.

Milli Məclisə deputatlığa namizəd Rauf Əliyev çıxış edərək ötən dövr ərzində fəaliyyəti barədə görüş iştirakçılarına məlumat verib.

Tədbirdə çıxış edən seçicilər Rauf Əliyevin deputatlıq fəaliyyətini yüksək qiymətləndirərək 9 fevralda keçiriləcək parlament seçkilərdə ona səs verəcəklərini deyiblər.