YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Sevinc Fətəliyeva Hövsan seçiciləri ilə görüşüb

30 saylı Suraxanı birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Sevinc Fətəliyeva parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Hövsan seçiciləri ilə fərdi qaydada görüşlər keçirib, eyni zamanda, seçiciləri evlərini ziyarət edib.

Görüşlər zamanı deputatlığa namizəd seçicilərin arzu, istək və problemlərini dinləyib. S.Fətəliyeva qaldırılam məsələləri nəzarətə götürərək onların həllinə çalışacağını, müvafiq dövlət qurumlarına müraciət edəcəyini diqqətə çatdırıb.

Daha sonra Sevinc Fətəliyeva mərhum  polis Zaur Nurəliyevin ailəsini ziyarət edib.