YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağda parlament seçkilərilə bağlı toplantı keçirilib

Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatında ilk partiya təşkilatlarının sədrləri və gənclərin iştirakı ilə toplantı keçirildi.

Partiyanın rayon təşkilatının sədri Aydın Hüseynov çıxış edərək fevralın 9-da keçiriləcək növbənənkənar parlament seçkiləri ilə bağlı görülən işlər barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, 11 saylı Qaradağ seçki dairəsi və 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsi üzrə YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülən nümayəndələrlə seçicilərin görüşləri mütəmadi olaraq keçirilir. Artıq bütün qəsəbələrdə belə görüşlər təşkil edilib, partiyamızın seçki platformasını əks etdirən bülletenlər seçicilərə paylanılıb və bu proseslər indi də davam etməkdədir. Qərargahda könüllülərdən ibarət formalaşan qruplar tərəfindən seçicilərə seçkilər barədə məlumatlar verilir.

YAP-ın seçki platforması barədə məlumat verən təşkilatın sədri bildirdi ki, vətəndaşların hüquq və azadlıqlarının qorunması partiyamızın həmişə prioritet vəzifələrindən olacaq, ölkəmizin iqtisadiyyatının hərtərəfili inkişafı üçün sahibkarlara dəstək siyasəti davam etdiriləcək, insanların sosial rifahının yaxşılaşdırılması siyasəti davam etdiriləcək, əmək haqqları, pensiyalar və müavinətlər müntəzəm olaraq artlrılacaq, təhsilin səviyyəsinin artırılması üçün davamlı addımlar atılacaq. Bütün bunlarla yanaşı ölkəmizin dinamik inkişafı naminə həyata keçirilən tədbirlər davam etdiriləcək və daha güclü Azərbaycan naminə devizimizi konkret işimizlə təsdiqləyəcəyik.

Qeyd olundu ki, xalqımızın bütün istək və arzularını uğurlu fəaliyyəti ilə döruldan partiyamız xalqa xidmət siyasəti ilə seçilir və seçicilər tərəfindən yekdilliklə dəstəklənir. Növbəti seçkilərdə də seçicilərin dəstəyini alacağımıza əminik. Çünki Azərbaycanın durmadan inkişafı partiyamızın ilk sədri, ümummilli lider Heydər Əliyevin müdrik siyasəti və bu siyasəti reallığa çevirən Respublika Prezidenti İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə vəhdət təşkil edir.

 

DİGƏR Xəbərlər Arxiv