YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaşın Qəribli, Eymur və Qaradeyin kəndlərindən olan seçicilər YAP-ın namizədi Cavid Osmanova səs verəcəklərini bəyan ediblər

9 fevral tarixində Milli Məclisə keçiriləcək seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 90 saylı Ağdaş seçki dairəsindən irəli sürülən Cavid Osmanovun təbliğat-təşviqat kampaniyası Ağdaş rayonunda uğurla davam edir. Təbliğat-təşviqat kampaniyasına star verildiyi gündən hər gün seçiciləri ilə görüşən deputatlığa namizəd Cavid Osmanovun seçicilərlə növbəti görüşləri rayonun Qəribli, Eymur və Qaradeyin kəndlərində keçirildi.

Hər üç kənddə seçicilər Cavid Osmanovu və təbliğat qrupunun üzvlərini çox mehribanlıqla və alqışlarla qarşıladılar. Keçirilən görüşlərdə çıxış edən Cavid Osmanov ilk növbədə görüşə gəldikləri və ona böyük dəstək verdikləri üçün seçicilərə öz minnətdarlığını bildirdi. Son illər respublikamızda, eləcə də rayonda görülmüş abadlıq-quruculuq işlərininin hər bir ağdaşlının gözü önündə baş verdiyini qeyd edən Cavid Osmanov bütün bunlara qarşılıq olaraq ağdaşlıların da daim dövlətimizin, dövlət başçısı cənab İlham Əliyevin ətrafında sıx şəkildə birləşdiyini görüş iştirakçılarının diqqətinə çatdırdı. Ötən dövr ərzində Milli Məclisdəki fəaliyyəti, rayon seçiciləri ilə keçirdiyi görüşlər və gördüyü işlərin də qısa hesabatını seçicilərinin diqqətinə çatdıran Cavid Osmanov seçicilərini əmin etdi ki, onu yenidən dəstəkləsələr növbəti dəfə də onların etimadını doğruldacaqdır.

Keçirilən görüşlərdə təbilğat qrupunun üzvlərindən Vaqif Hacıyev, Sevgili İbrahimova və İsmayıl Xuduyev çıxış edərək Cavid Osmanovun rayon sakinlərinin problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışdığının şahidi olduqlarını, eyni zamanda rayonun ictimai-siyasi həyatındakı fəaliyyətini, sadəliyi və səmimiliyi ilə sakinlərin rəğbətini qazanmasını yüksək qiymətləndirdiklərini vurğulayaraq 9 fevralda seçiciləri fəal olmağa, Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanova səs verməyə çağırdılar.

Görüşlərdə çıxış edən seçicilər bəyan etdilər ki, onlar hər zaman Yeni Azərbaycan Partiyasının, partiyanın sədri ölkə Prezidenti cənab İlham Əliyevin siyasi xəttini bəyəniblər və bu gün də bu belədir. Odur ki, ayın 9-da Yeni Azərbaycan Partiyasının namizədi olaraq Cavid Osmanova səs verəcəklər.

Görüşlərdə Cavid Osmanov seçiciləri maraqlandıran suallara ətraflı cavablar verdi, onlarla kollektiv və fərdi qaydada xatirə şəkilləri çəkdirdi.

Qaradeyin kəndində keçirilən görüşdən öncə Cavid Osmanov kənd ağsaqqalı Əsgər İsayevin yaşadığı evdə oldu, qocaman partiya üzvü və onun ailə üzvləri ilə də görüşdü.

 

DİGƏR Xəbərlər Arxiv