YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Fatma Yıldırım növbəti görüşünü bərdəli gənclərlə və Samux kəndinin sakinləri ilə keçirib

Parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Fatma Yıldırım fevralın 3-də seçicilərlə növbəti görüşünü gənclər, könüllülər və idmançılarla keçirib.

Görüşü giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya  ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin həyata keçirildiyini bildirib. O qeyd edib ki, gənclər hər zaman seçki prosesində fəal iştirak edib, Heydər Əliyev siyasətinə səs veriblər.

Deputatlığa namizəd Fatma Yıldırım çıxış edərək bildirib ki, bu gün Azərbaycan bütün sahələr üzrə dinamik inkişaf edir: “Təbii ki, ölkəmizin sürətli inkişafı, ictimai həyatın bütün sahələrində əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətində də özünü bariz şəkildə göstərir. Uğurlu daxili siyasətin ən mühüm istiqamətlərindən biri də cəmiyyətin fəal təbəqəsi olan gənclərin yüksək dövlət qayğısı ilə əhatə olunmasıdır. Azərbaycanda həyata keçirilən gənclər siyasəti özünün mütərəqqiliyi ilə fərqlənir, başqa sözlə, dünyada nümunə kimi çıxış edir. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Deputatlığa namizəd qeyd edib ki, Azərbaycanda gəncliyin inkişafı ilə bağlı dövlət tərəfindən müvafiq addımlar atılır. Onun sözlərinə görə, son illər gənclərin dövlət idarəçiliyində irəli çəkilməsi, gənclərin bilik və bacarıqlarının üzə çıxarılması yönündə layihələrin həyata keçirilməsi vacib amillərdən biridir. Fatma Yıldırım əminliyini ifadə edib ki, qarşıdan gələn parlament seçkilərində Bərdə gəncləri YAP-ın namizədlərinə səs verəcək.

Görüşdə çıxış edən gənc seçicilər dövlətin həyata keçirdiyi gənclər siyasətini yüksək qiymətləndirib, parlament seçkilərində bu siyasəti uğurla davam etdirən cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasına səs verəcəklərini qeyd ediblər.

Qeyd edək ki,  həmin  gün deputatlığa namizəd Fatma Yıldırım Bərdənin  Samux kəndinin seçiciləri ilə də görüşüb. Görüşdə deputatlığa namizəd YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verib, seçicilərin müraciətlərini, təkliflərini dinləyib.