YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov seçicilərlə növbəti görüşünü keçirib

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Elman Məmmədov parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağcəbədi rayonunda məcburi köçkünlər üçün  556 ailəlik hündürmərtəbəli binalarda yaşayan  Xocavənd və Ağdam  rayon seçiciləri ilə görüş keçirib.

Görüşdə çıxış edən deputatlığa namizəd Elman Məmmədov əvvəlcə ölkəmizin qazandığı böyük nailiyyətlər haqqında danışıb. O, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında mühüm xidmətlərini vurğulayıb, hazırda ölkəmizdə xalqla iqtidar arasında sarsılmaz birlik olduğunu deyib.
Tədbirdə çıxış edən seçicilər qarşıdan gələn parlament seçkilərində növbəti dəfə YAP-ın 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi üzrə namizədi Elman Camal oğlu Məmmədova səs verəcəklərini bəyan ediblər.