YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hüseynbala Mirələmovun Xətai rayonun sakinləri ilə növbəti görüşü keçirildi

33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən  irəli sürülən  Hüseynbala Mirələmovun seçicilərlə növbəti görüşü keçirildi.

YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının sədri Aygün Əhmədli   Azərbaycanın tolerant ölkə kimi  dünyada tanınmasından geniş bəhs edərək bildirdi ki,   Hüseynbala Mirələmovun yaradıcılığında bu birliyin, həmrəyliyin, sülh, əmin-amanlıq şəratində yaşayışın uğurlarından  geniş bəhs olunur. Gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsində  H.Mirələmov yaradıcılığının öz payı vardır.  

A.Əhmədli  seçiciləri seçkilərdə fəal olmağa, düzgün seçim etməyə, ən əsası H.Mirələmov kimi layiqli  namizədlərə dəstək olmağa çağırdı.

Namizədin vəkili, tibb elmləri doktoru, professor Vəsadət Əzizov «Xalqın  parlamentdə təmsilçisi hansı keyfiyyətlərə malik olmalıdır» sualı ətrafında fikirlərini açıqladı. Qeyd etdi ki,  H.Mirələmov  yeganə şəxsdir ki, onun bədii yaradıcılığı  orta məktəb  dərslikləri, elmi  yaradıcılığı isə   ali məktəb tələbələri üçün zəngin  mənbədir.

Vəkil bu fikri  xüsusi qeyd etdi ki,  hər bir insanın  xalqının  parlamentdə təmsilçisi olmaqla bağlı arzusu, istəyi ola bilər. Əsas olan bu haqqa  sahib olmaqdır.  H.Mirələmov millət vəkili kimi seçicilərinin etimadını doğruldan, bu haqqa sahib çıxan deputatlardandır. O,   bütün seçiciləri  9 fevral növbədənkənar parlament seçkilərində fəal olmağa, layiqli namizədə səs verməyə çağırdı.

Ləzgi xalqı adından çıxış edən  Mayıl  Bağırov,  Abdulla Abdulqədirov, Fatimət Vəliyeva və başqaları  H.Mirələmovun  çoxşaxəli fəaliyyətindən  geniş bəhs etdilər, dövlətinə, xalqına ləyaqətlə xidmət edən belə namizədlərə dəstək olmağa çağırdılar.

Deputatlığa   namizəd Hüseynbala Mirələmov bildirdi ki, bugünkü görüşün iştirakçılarının məhz ləzgi xalqının nümayəndələrinin olması   illərin dostluğunun, səmimiyyətinin, birliyinin, həmrəyliyinin nümunəsidir.  Xoş sözlərə görə minnətdarlığını  ifadə edən H.Mirələmov seçiciləri  seçkilərdə fəal iştirak etməyə, Yeni Azərbaycan Partiyasının  namizədlərinə dəstək olmağa çağırdı.

DİGƏR Xəbərlər Arxiv