YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zaqatala gəncləri daha güclü Azərbaycan naminə YAP-ın namizədi Kamilə Əliyevaya səs verəcəklər

YAP-ın deputatlığa namizədi Kamilə Əliyeva növbəti görüşünü Zaqatala gəncləri ilə keçirib.

Görüşdə Kamilə Əliyeva bildirib ki, ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib. O, bildirib ki, Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli təbəqə kimi formalaşmasında Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti mühüm rol oynayır. Kamilə Əliyeva Prezident İlham Əliyevin istər daxili, istərsə də xarici siyasətində ölkəmizin uğurlar qazandığını və vətəndaşların rifahının daima Prezidentin diqqətində olduğunu gənclərə bildirib. Gənclər də dövlət qayğısının daim öz üzərlərində hiss edərək nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar.

Zaqatala rayonunda həyata keçirilən gənclər siyasətindən və gənclərin sosial problemlərinin həllindən danışılarkən qeyd edilib ki, bu gün Zaqatala gəncləri təkcə rayonun deyil, eləcə də ölkəmizin ictimai-siyasi həyatında fəallıqları ilə seçilirlər.

Sonra fəal gənclər çıxış edərək ölkəmizdə olan gənclər siyasətinin uğurla həyata keçirildiyini bildiriblər.

Sonda gənc seçicilər 9 fevralda seçki məntəqələrinə gələrək Azərbaycanın inkişafında xidmətləri ilə seçilən, xalqın partiyası olan YAP-ın namizədinə etimad göstərəcəklərini və Yeni Azərbaycan Partiyasının siyasi xəttini dəstəkləyərək deputatlığa namizəd Kamilə Əliyevaya yekdilliklə səs verəcəklərini bildiriblər.