YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli formatda görüş regional əməkdaşlığa töhfə verir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyəyə işgüzar səfəri çərçivəsində gürcüstanlı həmkarı Tamar Beruçaşvili ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan ilə Gürcüstan arasında bütün sahələrdə inkişaf edən əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə ediblər.
Tərəflər Trans-Anadolu qaz boru kəmərinin və Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihələrinin regionda əməkdaşlığın, sülhün və təhlükəsizliyin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar. Həmçinin Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli formatda keçirilən görüşün regional əməkdaşlığa, sabitliyə və tərəqqiyə töhfə verdiyi qeyd edilib.
Söhbət zamanı regionda və dünyada baş verən hadisələr də müzakirə olunub.