YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seçicilər Pərvin Kərimzadənin fəaliyyətini yüksək dəyərləndirlər

37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizəd Pərvin Kərimzadənin uğurla davam edir. Kampaniyası çərçivəsində təbliğat qrupunun könüllü gəncləri seçki dairəsinin əhatə etdiyi ərazilərdə “Daha güclü Azərbaycan naminə!” təşviqat aksiyası keçirib.

YAP Mərkəzi Seçki Qərargahı tərəfindən hazırlanmış bukletləri, YAP tərəfindən irəli sürülmüş deputatlığa namizəd Pərvin Kərimzadənin təbliğat-təşviqat materiallarını seçicilərə paylayıblar.

Seçicilər təbliğat qrupunun üzvlərinə Pərvin Kərimzadənin fəaliyyətini yüksək dəyərləndirdiklərini bildirib, məmnuniyyətlə ailə üzvləri, qonşuları ilə birlikdə seçki məntəqələrinə gələrək, qarşıdan gələn parlament seçkilərində dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini qeyd ediblər.