YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynovanın Corat qəsəbəsində seçicilərlə növbəti görüşü keçirilib

Deputatlığa namizəd Hicran Hüseynovanın Corat qəsəbəsində seçicilərlə növbəti görüşü keçirildi. Görüşü giriş sözü ilə açan Sumqayıt Dövlət Universitetinin pedaqoji təcrübə rəhbəri, ağsaqqal Əvəz Mahmudov Azərbaycanın ən qədim tarixə malik yerlərindən biri olan Corat sakinlərini salamladı, Corata toplaşmağın məqsədini açıqladı. O, qeyd etdi ki, 9 fevral Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keciriləcək. Bu seçkilərdə 41 saylı Sumqayıt birinci seçi dairəsindən YAP tərəfindən Hicran Hüseynovanın namizədliyi irəli sürülüb və biz onu dəstəkləmək üçün buraya yğışmışıq.

Daha sonra çıxış edən Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova Hicran Hüseynovanın yüksək təşkilatçılıq bacarıqlarına malik olduğunu vurğulayaraq onun Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri olaraq gördüyü işlər, eləcə də Komitənin ailə, qadın və uşaq məsələləri sahəsində fəaliyyətini qeyd etdi.

Daha sonra qəsəbə sakinləri adından Corat qəsəbəsinin bələdiyyə nümayəndəsi, qəsəbənin ağsaqqalları çıxış etdilər.

Hicran Hüseynova çıxış edərək qəsəbə sakinlərini bir daha salamladı, Coratda olmaqdan məmnunluğunu bildirdi. O bildirdi ki, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən bu il “Corat ili” elan edilib və buna görə də bu il Corat qəsəbəsində bir çox işlər görüləcək. O, Corat sakinlərini 9 fervalda onu dəstəkləməyə çağırdı və onları əmin etdi ki, seçiləcəyi təqdirdə hər bir seçicisinin etimadını doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək.

Görüş zamanı həmçinin vətəndaşların müraciətləri dinlənilib və müvafiq tədbirlərin görülməsi üçün qeydə alınıb.