YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyevin Gəncənin Gülüstan qəsəbəsində seçicilərlə görüşləri davam edir

VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP tərəfindən 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən namizədliyi irəli sürülmüş Naqif Həmzəyevin seçicilərlə görüşləri davam edir.

Bu silsilədən növbəti görüş şəhərin Gülüstan qəsəbəsində keçirilib.

Naqif Həmzəyev V çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı kimi fəaliyyət göstərdiyi müddət ərzində seçicilərinin etimadını doğrultmağa çalışdığını bildirib. Eyni zamanda deputatlığa namizəd ona ünvanlanan suallara cavab verib, seçicilərin müraciətlərini, problem və təkliflərinin dinləyib. Deputatlığa namizəd bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərilməsi üçün lazımı işlər görəcəyini bildirib.

Ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə gedən məqsədyönlü siyasətdən iqtisadi-siyasi islahatlardan razılıq edən seçicilər qarşıdan gələn parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.