YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamran Bayramov Şəmkirin Qapanlı və Mahmudlu kəndlərində seçicilərlə görüşüb

100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən deputatlığa namizəd Kamran Bayramov təbliğat-təşviqat kampaniyası çərçivəsində Şəmkirin Qapanlı və Mahmudlu kəndlərində seçicilərlə görüşüb.

Kamran Bayramov ilk öncə Şəmkir rayonunun Qapanlı kəndinə gəlib. Bu zaman kənd sakinləri onu mehribanlıqla qarşılayıblar, xeyli söhbətləşib seçicilərin problemlərini dinləyib.

Həmçinin deputatlığa namizəd Qapanlı kəndini gəzib, küçələrdə ona rast gələn sakinlərlə danışıb, seçkilərdə iştirak etməyə və səsvermə günü YAP-ın namizədinə səs verməyə çağırıb, qapıları da döyüb, bu kəndə xas olan yüksək qonaqpərvərliyin şahidi olub.

Kamran Bayramov həmçinin Şəmkir rayonunun seçkiqabağı təşviqat apardığı növbəti yaşayış məntəqəsi Mahmudlu kəndi olub. Kəndə daxil olan kimi küçələrə çıxıb, qapıları döyüb, seçicilərlə görüşüb, xeyli söhbət edib, seçki günü mahmudluların fəal olacağına, Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəyinə tam əmin olub.

Mahmudlu kəndində küçələri gəzərkən evlərdə qonaq olmaq üçün çoxsaylı dəvətlər alıb, masalar arxasında çay içərək təşviqatını aparıb, kəndin problemlərini müzakirə edib, uğurlar arzulayıb, kənddən olduqca xoş təəssüratlarla ayrılıb.

DİGƏR Xəbərlər Arxiv