YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Bələdiyyə seçkilərində qadınların fəal iştirakı təqdirəlayiq haldır

«Bələdiyyə seçkilərində qadınların fəal iştirakı təqdirəlayiq haldır. Bu fakt qadınların ölkənin həyatında aktiv iştirak etdiyini göstərir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, bələdiyyələr demokratik bir təsisiatdır, vətəndaş cəmiyyətinin bir formasıdır. Onun sözlərinə görə, Azərbaycanın demokratiya yolunda irəliləyən bir dövlət olduğunu nəzərə alsaq, müstəqil özünüidarəetmə strukturunun fəaliyyəti mütləq vacibdir. Ötən illər göstərdi ki, ölkəmizdə bələdiyyələrin fəaliyyəti üçün münbit şərait var.

«Artıq bələdiyyə seçkiləri kampaniyasının ən aktiv mərhələsidir, təbliğat prosesi davam edir. Mən YAP-ı təmsil edən millət vəkili kimi təbliğat görüşlərində iştirak edirəm. Deyə bilərəm ki, əhali bələdiyyələrin işinə maraq göstərir və seçkilərdə partiyamızın namizədlərinə etimad göstərəcəklərini vurğulayırlar. Diqqət çəkən məqam odur ki, bölgələrdə də bələdiyyə üzvlüyünə namizəd olan qadınların sayı xeyli çoxdur və bu, müsbət haldır.  İnanırıq ki, qarşıdan gələn seçkilər nəticəsində bələdiyyələrdə  qadınlar daha fəal təmsil olunacaqlar»- deyə, K.Əliyeva qeyd edib.