YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli lider Heydər Əliyevin xatirəsi Dubayda anılıb

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərinin  Dubay şəhərindəki baş konsulluğu xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini anma mərasimi təşkil edib.
Baş konsulluqdan bildirilib ki, mərasimdə Rusiya, Qazaxıstan, Tacikistan, Özbəkistanın Dubaydakı baş konsulları, diasporumuzun təmsilçiləri, “Azərbaycan Hava Yolları” QSC-nin, Azərbaycan Beynəlxalq Bankının və ARDNŞ-in Dubay şəhərindəki nümayəndələri, Abu-Dabidəki səfirliyimizin əməkdaşları və digər qonaqlar iştirak ediblər.
Baş konsul Pərviz İsmayılzadə ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı mühüm xidmətlərindən danışıb və bu xidmətlərlə onun “əbədiyaşar lider” adı qazandığını diqqətə çatdırıb. O bildirib ki, məhz Ulu Öndərin yorulmaz səyləri nəticəsində Azərbaycanda ictimai-siyasi sabitlik bərpa olundu, ölkənin dünya siyasi arenasında geosiyasi mövqeyini müəyyən edən xarici siyasət konsepsiyası hazırlandı.
Tədbirdə Ulu Öndər haqqında sənədli film nümayiş etdirilib.
Türkiyənin və Qırğızıstanın Dubaydakı baş konsulları Ərdəm Ozan və Kuban Omuraliyev yerli mətbuata müsahibələrində Heydər Əliyev haqqında fikirlərini bildiriblər.

 

DİGƏR Xəbərlər Arxiv