YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “Sağlam gənclik, sağlam gələcək” mövzusunda forum keçirilir

Dekabrın 10-da Bakıda “Sağlam ailə” tibb mərkəzinin, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə “Sağlam gənclik, sağlam gələcək” mövzusunda beynəlxalq forum keçirilir.
AzərTAc xəbər verir ki, forum Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək Assosiasiyasının dəstəyi ilə təşkil olunub.
Forumda Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Gənclər və İdman Nazirliyinin nümayəndələri, Milli Məclisin deputatları, gənclər təşkilatlarının nümayəndələri, yerli və xarici ekspertlər iştirak edirlər.
Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyevin, gənclər və idman nazirinin müavini İntiqam Babayevin, AQUPDK-un sədrinin müavini Aynur Sofiyevanın, ARGTMŞ-ın sədri Şahin Seyidzadənin və başqalarının Azərbaycanda səhiyyə sahəsində görülən işlər barədə çıxışları olub. Onlar ümummilli lider Heydər Əliyevin Azərbaycanda səhiyyənin inkişafına, tibb kadrlarının yetişdirilməsinə və səhiyyə sahəsində tibbi təhsilin keyfiyyətinin yüksəldilməsinə qayğısından söhbət açıblar. Respublikada səhiyyənin inkişafı istiqamətində həyata keçirilən uğurlu islahatlar, bu sahədə qəbul edilən dövlət proqramları xüsusi qeyd edilib. Hazırda bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyi vurğulanıb. Çıxışlarda gənclər arasında sağlam həyat tərzinin təbliğinin, ölkəmizdə idman sahəsinin inkişafının dövlət siyasətinin tərkib hissəsi olduğu vurğulanıb. Dövlət qurumları, özəl sektor və gənclər təşkilatlarının bu sahədə birgə əməkdaşlığının vacibliyindən danışılıb.
Tədbirdə Almaniya, Avstriya, Azərbaycan, Rusiya, Böyük Britaniya, Xorvatiya, Estoniya və Ukraynadan dəvət olunmuş tibb mütəxəssislərinin, professorların cinsi və reproduktiv sağlamlığa dair elmin son nailiyyətləri, sağlam həyat tərzinin təbliği, gənclər arasında tibbi maarifləndirmənin aparılması mövzularında çıxışları olacaq.
 

DİGƏR Xəbərlər Arxiv