YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın Neftçala rayon təşkilatında bələdiyyə üzvlüyünə namizədlərlə seçki qərargahının üzvləri arasında görüş keçirilib

Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatında YAP tərəfindən bələdiyyə üzvlüyünə namizədlərlə seçki qərargahının üzvləri arasında görüş keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Anar Cəfərov bələdiyyə seçkilərinə start verilən gündən indiyədək görülən işlər barədə ətraflı danışıb. Diqqətə çatdırıb ki, rayon üzrə fəaliyyətdə olan 17 bələdiyyəyə 163 nəfər namizəd irəli sürülərək onların lazımi sənədləri 60 və 61 saylı dairə seçki komissiyaları tərəfindən təsdiq olunub. Namizədlərin qeydə alınması üçün zəruri işlər səlahiyyətli nümayəndələr tərəfindən görülüb. Namizədlərin imzatoplama işləri başa çatdırılaraq dairə seçki komissiyalarına təqdim edilib.
Görüşdə YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə,  partiyanın Nizami rayon təşkilatı qadınlar şurasının sədri Sevda Abdullayeva və YAP Suraxanı rayon təşkilatı qadınlar şurasının sədri Zəkiyyə Musayeva və YAP Neftçala rayon təşkilatı qadınlar şurasının sədri Gültəkin Sadıqova çıxış ediblər.