YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Polşa baş nazirinin müavini Yanuş Pexoçinski Bakıya səfər edəcək

Dekabrın 14-də Polşa Respublikasının baş nazirinin müavini, iqtisadiyyat naziri, Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədri Yanuş Pexoçinski Bakıya ikigünlük səfər edəcək.
Polşanın Azərbaycandakı səfirliyindən bildiriblər ki, səfərin məqsədi Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın altıncı iclasında iştirak etməkdir.
Azərbaycan tərəfindən hökumətlərarası komissiyanın həmsədri energetika naziri Natiq Əliyevdir.
Baş nazirin müavini Yanuş Pexoçinkinin başçılıq etdiyi nümayəndə heyətinə bir neçə nazir müavini, 50 nəfərdən çox sahibkar, həmçinin jurnalistlər daxildir.
Səfirlikdən onu da bildiriblər ki, komissiyanın iclası çərçivəsində Azərbaycan-Polşa biznes-forumu da keçiriləcəkdir.