YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Romada İslam ənənəli dövlətlərdə dini birgəyaşayış mövzusunda konfrans keçiriləcək

Dekabrın 10-da Roma şəhərində Azərbaycan Milli Məclisi və İtaliya Senatı tərəfindən “İslam ənənəli dövlətlərdə dini birgəyaşayış. Müsəlman ölkəsində müxtəlif dinlərin yanaşı mövcudluğu: Azərbaycan təcrübəsi” mövzusunda konfrans keçiriləcək.
Konfransda Azərbaycan, İtaliya, Vatikan Dövləti və digər dövlətlərin siyasi və dini qurumlarının, eləcə də elmi-tədqiqat mərkəzlərinin nümayəndələri iştirak edəcəklər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, qurumun sədri Mübariz Qurbanlı konfransda “İslam dünyasında dövlət-din münasibətləri: dünyəviləşmə problemi” mövzusunda məruzə ilə çıxış edəcək.