YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Ağalar Vəliyev Goranboy rayonunun Tapqaraqoyunlu kəndində seşicilərlə görüş keçirib

97 saylı Goranboy –Ağdam-Tərtər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Ağalar Vəliyev parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Goranboy rayonunun Tapqaraqoyunlu kəndində  seşicilərlə görüş keçirib.

Ağalar Vəliyev kənd ağsaqqalları, Qarabağ müharibəsi veteranları, şəhid ailələri və kənd ziyalıları ilə görüşüb və kənd mərkəzindəki Şəhidlər xiyabanını ziyarət edib.

Deputatlığa namizəd Ağalar Vəliyev görüşdə Azərbaycanın son illərdəki sürətli inkişafından, Prezident İlham Əliyevin Goranboy rayonuna göstərdiyi diqqət və qayğıdan danışıb. Qeyd edib ki, dövlət başçısı son illər ərzində Goranboy rayonuna 6 dəfə səfər edib, bir sıra obyektlərin açılışında şəxsən iştirak edib və rayonun sosial–iqtisadi inkişafının sürətləndirilməsinə yönələn sərəncamlar imzalayıb. A.Vəliyev deyib ki, dövlət başçısının müvafiq sərəncamlarına uyğun olaraq Goranboy rayonunda daha iki böyük infrastruktur layihəsi olan Mərkəzi Rayon Xəstəxanası üçün yeni binanın tikintisi başa çatıb, eləcə də, Olimpiya İdman Kompleksinin inşasına başlanılıb. Onun sözlərinə görə, qayğıya ehtiyacı olan insanlar dövlət təfindən dəstəklənir, şəhid vərəsələrinə birdəfəlik ödənişlər həyata keşirilir. Şəhid ailələri, müharibə vetaranları və əlilləri üçün mənzillər tikilərək onların ixtiyarına verilir.

Ağalar Vəliyev həmçinin, 2015-2019-ci illər ərzində deputat kimi fəaliyyətindən danışıb və əminliklə bildirib ki, goranboylular bütün seçkilərdə göstərdikləri fəallıqlarını bu dəfə də nümayiş etdirərək seçki məntəqələrinə gələcək və  Yeni Azərbaycan Partiyasının namizədinə səs verməklə müstəqil Azərbaycanımızın xoşbəxt gələcəyi naminə ən doğru seçim edəcəklər.

Tədbirdə çıxış edən şəhid ailəsinin üzvü  Hafiz Əhmədov, Şəfa Əzizova, Şəfiqə Məmmədova və başqaları seçkilərdə YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.