YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

92 saylı Zərdab-Ucar seçki dairəsindən YAP-ın deputatlığa namizədi Urfan Əhmədov seçicilərlə görüşlərini davam etdirir

Yeni Azərbaycan Partiyasının 92 saylı Zərdab –Ucar seçki dairəsi üzrə deputatlığa namizədi Urfan Əhmədov seçki kampaniyası çərçivəsində Zərdabın Əlvənd, Otmanoba, Şahhüseynli, Şəftəhal, Şıxbağı, Nəzəralı, Kəndəbil, Ağabağı kənd seciciləri ilə növbəti görüşünü keçirib.

Çıxış edən deputatlığa namizəd Urfan Əhmədov bildirib ki, regionların, o cümlədən rayonumuzun inkişafı ölkəmizdə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Dövlət proqramlarına uyğun olaraq respublikanın hər yerində olduğu kimi Zərdab rayonunda da bir sıra mühüm infrastruktur layihələri həyata keçirilir.

Daha sonra Urfan Əhmədov bildirib ki, seçkilər demokratiyanın atributlarından biridir. Hər bir vətəndaş seçki hüququndan istifadə etməlidir: “Azərbaycanın bugünkü inkişafının təməlində Heydər Əliyev siyasəti və bu siyasəti uğurla həyata keçirən Prezident İlham Əliyevin fəaliyyəti dayanır. Ona görə də, uğurların davamlı olması üçün seçiciləri Prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıram. İnanıram ki, seçicilər gələcəyin partiyası olan YAP-a üstünlük verəcəklər”.

Görüşdə çıxış edən seçicilər Prezident İlham Əliyevin inkşaf strategiyasını dəstəklədiklərini, qarşıdan gələn seçkilərdə layiqli namizədə səs verəcəklərini bildiriblər.