YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Medianın cəmiyyətin və dövlətin inkişafında rolu böyükdür

Avropa Şurası Parlament Assambleyasının qış sessiyası çərçivəsində “Media azadlığında təhdidlər və Avropada jurnalistlərin təhlükəsizliyi” mövzusunda keçirilən müzakirələrdə Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva çıxış edib.

S.Fətəliyeva bildirib ki, bu gün medianın rolu və əhəmiyyəti çox böyükdür. Onun sözlərinə görə, media  səhvləri tənqid edən və qanun pozuntularının qarşısını alan bir resurs olmaqla yanaşı, eyni zamanda fikirlərin inkişafına, cəmiyyətin inkişafına da töhfə verir.

“Tarix boyu bəşəriyyət sərbəst bir müzakirənin olduğu, fikirlərin yoxlandığı və mübahisə edildiyi zaman ən sürətli tərəqqiyə nail olmuşdur. Nelson Mandelanın sözlərini yada salaq: "Mediya, özümüzü başqalarının tanıdığı kimi görə biləcəyimiz bir aynadır: bütün qüsurlarımız, çatışmazlıqlarımız və digərləri ilə ...  Bu cür tənqid inkişafımıza töhfə verməlidir. Necə hərəkətlərimizdən və hərəkətsizliyimizdən insanların bizdən gözlədiklərinə uyğun olmayan məqamlara diqqət çəkir”.  Müasir jurnalistika sosial şəbəkələr, sosial media ilə sıx bağlıdır. Hər bir vətəndaş informasiya daşıyıcısı olur. Bloggerlərin sayının artmasına səbəb olur. Onların fəaliyyəti isə öz növbəsində cəmiyyətin mövgeyinin formalaşmasına təsir edir. Bunu da unutmamalıyıq ki, hər bir vətəndaş hansı sahədə fəaliyyət göstərməyindən asılı olmayaraq qanun qarşısında eyni məsuliyyəti daşıyır.  Söz azadlığına sığınaraq, vətəndaşlar, jurnalistlər və ya bloggerlər qanuna zidd hərəkət və fəaliyyət göstərə bilməz! Medianın cəmiyyətin və dövlətin inkişafında rolu da böyükdür. Bu gün Azərbaycanda sürətli islahatlar aparılır. Hər bir sahədə şəffaflığın təmin edilməsi üçün, ölkə başçısı daima həm media nümayəndələrini, həm də hər bir vətəndaşı ictimayi nəzarətin həyata keçirilməsində fəal iştirak etməyə çağırır”-deyə, S.Fətəliyeva vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv