YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyms Appaturay: Azərbaycan NATO üçün önəmli tərəfdaşdır

Dekabrın 9-da NATO-nun Brüsseldəki mənzil-qərargahında bir qrup azərbaycanlı jurnalistlə, QHT nümayəndələri ilə görüş keçirilib.
AzərTAc xəbər verir ki, görüşdə Alyansın baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Azərbaycan-NATO əlaqələrindən danışıb. Azərbaycanın NATO üçün önəmli tərəfdaş olduğunu bildirən C.Appaturay rəsmi Bakının Alyansın Əfqanıstanda sülhyaratma əməliyyatlarına verdiyi töhfələri xüsusi qeyd edib.
NATO-nun Əfqanıstandakı sabitliyi qoruyub saxlamaqda maraqlı olduğunu söyləyən xüsusi nümayəndə 2015-ci ildən təşkilatın “Uyarlıq Platforması”nın fəaliyyətə başlayacağını, bunun texniki əməkdaşlığı dərinləşdirmək məqsədi daşıdığını qeyd edib.
C.Appaturay Azərbaycanın Alyansın müdafiə, təhsil islahatlarında da iştirak etdiyini vurğulayıb. NATO baş katibinin xüsusi nümayəndəsi deyib: “Azərbaycan enerji təhlükəsizliyində mühüm rol oynayır. Ölkədə uğurlu layihələr həyata keçirilir. Biz Azərbaycanla birlikdə yaxşı işlər görməkdən məmnunluq duyuruq. Azərbaycan Prezidentinin, xarici işlər, müdafiə nazirlərinin dəfələrlə NATO-nun mənzil-qərargahında olmaları, aparılan müzakirələr əməkdaşlığın daha da inkişafına təkan verib. Biz tərəfdaşlığımızı davam etdirəcəyik. Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çox yaxşı platformadır. Enerji təhlükəsizliyi, kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edirik. Kibertəhlükəsizliklə bağlı xüsusi layihələrimiz var”.