YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

111 saylı Zaqatala və Balakən seçiciləri deputatlığa namizəd Kamilə Əliyevaya “HƏ” deyir

28 yanvar 2020-ci il tarixdə deputatlığa namizəd Kamilə Əliyeva növbəti görüşünü Zaqatalanın təhsil işçiləri və Balakənin Kortala  kənd sakinləri ilə keçirtdi.

Öz fəaliyyəti barəsində məlumat verən deputatlığa namizəd Kamilə Əliyeva  bildirib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Aparılan uğurlu islahatlar nəticəsində dövlətimiz gündən-günə inkişaf edir, iqtisadiyyatımız güclənir, insanların rifah halı yaxşılaşır. İslahatlar ölkə vətəndaşının sosial durumunu  xeyli dərəcədə yüksəldib, rayonlarda müasir infrastrukturlar yaradılıb.  O cümlədən,  ölkənin hər yerində olduğu kimi, Zaqatala və Balakən  rayonları da abadlaşıb, inkişaf edib.Təbii ki, bütün bunlara görə Prezidentimiz cənab İlham Əliyevə təşəkkür edirik. Şübhə yoxdur ki, bu inkişaf qarşıdakı illərdə daha geniş vüsət alacaq.

Kamilə Əliyeva sonda qeyd etdi ki : “Seçicilərdən aldığım güc mənə enerji verir, qələbəyə yaxın olduğuma inam yaradır. Təbii ki, mənə ən doğma olan seçicilərimdən  xoş sözlər eşitmək, dəstəklərini hiss etmək fərqli bir duyğudur”.

Görüşlərdə seçicilər Yeni Azərbaycan Partiyasının siyasi xəttini dəstəkləyərək deputatlığa namizəd Kamilə Əliyevaya  yekdilliklə səs verəcəklərini bildiriblər.