YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının namizədi Malik Həsənovun seçicilərlə görüşü davam edir

67 saylı Cəlilabad Şəhər Seçki Dairəsindən namizədliyi qeydə alınan Malik Həsənov təbliğat-təşviqat kampaniyası çərçivəsində sakinlərlə görüşərək onlara öz platforması haqda məlumat verir.

Malik Həsənov bu dəfə rayonunun Şorbaçı və Cəlayir kəndlərində seçicilərlə görüşərək vətəndaşların müraciətləri və problemlərini dinləyib. Malik Həsənov əvvəl də bu dairədən deputat seçildiyi üçün vətəndaşların indiki vəziyyətini və son zamanlar ortaya çıxan problemlərindən xəbərdar olduğunu bildirib.

O, bundan sonra da bu cür problemlərin həlli, vətəndaşların istəklərinin parlament tribunasında səsləndirilməsi üçün çalışacağını bildirib. Malik Həsənov əlavə edib ki, YAP-ı təmsil edən hər bir namizəd kimi onun da vəzifəsi sıravi vətəndaşlara xidmət etməkdir.