YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məmməd Musayev: Azərbaycanın iki mindən çox iş adamı Türkiyəyə sərmayə yatırıb

«Azərbaycanın iki mindən çox iş adamı Türkiyəyə sərmayə yatırıb». Bu fikri Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.

M.Musayev bildirib ki, Azərbaycanın iş adamları Türkiyəyə daha çox yatırım yatıra bilərlər. Onun sözlərinə görə, türkiyəli iş adamları üçün də Azərbaycan bazarı olduqca sərfəlidir.

«Bununla yanaşı, Türkiyə və Azərbaycan sahibkarları birgə digər ölkələrə, xüsusilə də türkdilli ölkələrə yatırım etməlidirlər”. Biz də öz növbəmizdə, Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq istər Azərbaycandan, istərsə də Türkiyədən olan iş adamlarına Azərbaycanda yatırım etməyə köməklik edə bilərik»- deyə, M.Musayev vurğulayıb.