YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Draqana Filipoviç: Azərbaycanda seçki sahəsində böyük irəliləyişə nail olunub

Azərbaycanda seçki sahəsində böyük irəliləyişə nail olunub.
Bu fikri Bakıda keçirilən “Seçki prosesində yerli icra hakimiyyətləri və dairə seçki komissiyalarının səlahiyyət və vəzifələri” mövzusunda yekun məlumat sessiyasında Avropa Şurasının Azərbaycandakı ofisinin rəhbəri Draqana Filipoviç səsləndirib.
Ölkəmizdə seçkilərin keçirilməsində əldə olunan uğurları təqdir edən D.Filipoviç bu nailiyyətləri saxlamaqla yanaşı, daha da təkmilləşdirməyin vacibliyini diqqətə çatdırıb.
Avropa ölkələrinin seçki təcrübəsindən danışan D.Filipoviç seçki prosesində qarşıya çıxan nöqsanları diqqətə çatdırıb. “Əlbəttə seçki mübahisələri hər bir ölkədə olur. Ancaq ona yanaşma müxtəlif ölkələrdə fərqlənir. Bütün hallarda seçki prosesində şəffaflıq təmin olunmalıdır. Əminəm ki, Avropa Şurası və Azərbaycanın 2014-2016-cı illər üzrə birgə Fəaliyyət Planı çərçivəsində keçirilən məlumat sessiyaları da bu işə öz töhfəsini verəcək”, - deyə Avropa Şurasının Azərbaycandakı ofisinin rəhbəri vurğulayıb.