YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Nizami Səfərovun seçicilərlə görüşləri davam edir

Yeni Azərbaycan Partiyasının 102 saylı Samux-Şəmkir seçki dairəsi üzrə deputatlığa namizədi Nizami Səfərov  yanvarın 24-də seçki kampaniyası çərçivəsində Zazalı, Tatlı  və Qiyaslı kəndlərinin seçiciləri ilə görüşüb.

N.Səfərov görüşdə  Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi dərin, sistemli və ardıcıl islahatlar kursu, onun əsas istiqamətləri və reallaşdırılma mexanizmləri haqqında ətraflı məlumat verib. O qeyd edib ki, bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Elə bu səbəbdən də ölkəmizdə səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyi hökm sürür. Xalq birmənalı olaraq Prezident İlham Əliyevin həm daxili, həm də xarici siyasətini müdafiə edir. Dövlət başçısı da yalnız milli maraqlara söykənən müstəqil siyasət həyata keçirir.

Sonra seçicilər Yeni Azərbaycan Partiyasının namizədi və onun səsləndirdiyi fikilrər ətrafında mövqelərini bildirib.

Deputatlığa namizəd həmçinin seçicilərin qayğıları ilə də maraqlanıb.

DİGƏR Xəbərlər Arxiv