YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Hicran Hüseynovanın Sumqayıt seçiciləri ilə görüşü keçirilmişdir

41 saylı Sumqayıt birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynovanın Sumqayıt şəhəri 17 mikrarayondan olan seçiçiləri ilə növbəti görüşü keçirilib.

Görüşdə sakinlərlə söhbət aparıldı, sakinlər Hicran Hüseynovaya bu seçkidə uğurlar arzuladılar, eyni zamanda onları narahat edən bəzi sosial məsələləri müzakirə etdilər.

Görüşdən öncə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Qurbanov Çingiz Hüseynbaba oğlunun abidəsi ziyarət edilib, həmçinin həmin ərazidə yaşayan aztəminatlı ailənin üzvləri, o cümlədən həmin ailədə yaşayan sağlmalıq imkanları məhdud qızın cəmiyyətə inteqrasiyasiyası ilə bağlı lazımi köməkliyin göstərilməsini qeyd etmiş, ailənin problemləri ilə maraqlanmışdır.