YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

99 saylı Şəmkir kənd seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nurlan Həsənov seçiciləri ilə ilk görüşünü keçirib

Yanvarın 17-də parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində 99 saylı Şəmkir kənd seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Nurlan Həsənov seçiciləri ilə ilk görüşünü keçirib.

Görüşü giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qarşıdan gələn parlament seçkiləri haqqında danışıb, seçkilərdə YAP tərəfindən ən layiqli namizədlərin irəli sürüldüyünü deyib.

Çıxış edən deputatlığa namizəd Nurlan Həsənov bildirib ki, demokratik siyasi sistemə malik olan Azərbaycanda seçkilər yerli qanunvericiliyə və beynəlxalq standartlara uyğun keçirilir. Eyni zamanda, Azərbaycan siyasi palitrasının ən güclü ictimai-siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası mütəmadi qələbələr qazanır və seçki təcrübəsini daim artırır.

YAP-ın hər zaman gəncliyin inkişafına dəstək verdiyini deyən Nurlan Həsənov seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

Çıxış edən seçicilər bildiriblər ki, seçimləri YAP-ın gənc namizədi Nurlan Həsənov olacaq.