Xəbərlər
Deputatlığa namizəd Sevinc Fətəliyevanın Hövsan seçiciləri ilə görüşü keçirilmişdir
Yanvarın 17-də 30 saylı Suraxanı I Seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fətəliyeva Sevinc Həbib qızının Hövsan seçiciləri ilə təbliğat –təşviqat kompaniyası çərçivəsində ilk görüşü keçirildi. Qeyd edək ki, namizədlə görüşdə 170 nəfər Hövsan qəsəbəsi 14 və 15-ci məhəllənin sakinləri olan seçicilər iştirak etmişdir.
Görüşü giriş sözü ilə Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov açdı.
Daha sonra deputatlığa namizəd Sevinc Fətəliyeva Milli Məclisin deputatı kimi ötən doqquz illik fəaliyyəti və qarşıda duran vəzifələr haqqında seçiciləri məlumatlandırdı.
Görüşdə iştirak edən qəsəbə sakinlərindən Məmmədov Rəşid , Əliyev Şaiq, Məmmədli Güllü Yoloğlu qızı, Kəlpi İsgəndərov, Mircəfərova Tamilla, Heydərli Məzahir parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildirmiş və namizədə uğurlar diləmişlər.
Görüşdən sonra Sevinc Fətəliyeva Hövsan qəsəbəsində yerləşən seçki qərərgahında seçiciləri qəbul etmişdir.
30 saylı Suraxanı I Seçki dairəsi üzrə seçici sayı: 36947 nəfər