YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir: Cari ildə büdcədən transfertin DSMF gəlirlərində payının 29,6 faizə enməsi gözlənilir

2019-cu ildə əmək münasibətləri sahəsində həyata keçirilən islahatlar məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta üzrə daxilolmalara müsbət təsir edib.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov yanvarın 16-da ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

“2019-cu ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 26 faiz, işsizlikdən sığorta üzrə daxilolmalar isə 39,1 faiz artıb. Daxilolmaların artımı pensiya sisteminin maliyyə dayanıqlılığını gücləndirib və büdcədən transfertin Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində payının 2017-ci ildəki 38,1 faizdən 2020-ci ildə 29,6 faizə enməsi gözlənilir”, - deyə nazir diqqətə çatdırıb.