YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Milli-mənəvi dəyərlərimizə xüsusi diqqət ölkə rəhbərinin fəaliyyətində xüsusi yer tutur

“Müasir dünyada təkcə yüksək təhsil almaq, elmi biliklərə yiyələnmək, innovativ texnologiyaları mənimsəməklə iş bitmir. Milli-mənəvi dəyərlərin qorunması, xalqın öz tarixi keçmişinə, dilinə, inancına, mədəni sərvətlərinə sahib çıxmağı bacarması da çox böyük zərurətdir”. Bu fikirləri Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, qloballaşma bəzı xalqların  dəyərlərini sıradan çıxarır, insanları tədricən öz milli kimliklərindən uzaqlaşdırır. Onun sözlərinə görə, milli dövlətlər isə tarix boyu ənənəvi dəyərlər üzərində bərqərar olub. Bu dəyərlərin göz bəbəyi kimi qorunaraq gələcək nəsillərə ötürülməsi dövlətimizin əbədiliyi, müstəqilliyimizin möhkəmliyi üçün çox mühümdür. Buna görə də milli-mənəvi dəyərlərimizə xüsusi diqqət ölkə rəhbərinin fəaliyyətində xüsusi yer tutur.

“Ana dilimiz, təbii ki, bu dəyərlərin önündə gəlir. Qloballaşma şəraitində Azərbaycan dilinin qorunması və inkişafı məqsədilə dövlət rəhbərimiz ardıcıl addımlar atır. Prezident İlham Əliyev ana dilimizə adi bir ünsiyyət vasitəsi kimi deyil, qədim tarixi, zəngin mədəniyyəti, müasir dünyada ictimai mövqeyi ilə tanınan bir xalqın milli sərvəti kimi yanaşır. Həyata keçirdiyi dil siyasəti ilə ana dilimizin inkişafına, onun dövlət statusunu daha da möhkəmləndirməyə, dünya dilləri sırasında nüfuzunu artırmağa çalışır”-deyə, akademik vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv